Con Kerri: "ABŞ və Misir arasında münasibətlər yenidən möhkəmlənir"

Con Kerri: "ABŞ və Misir arasında münasibətlər yenidən möhkəmlənir"
# 03 avqust 2015 07:40 (UTC +04:00)

Bakı. Türbət Bağırova – APA. ABŞ və Misir arasındakı münasibətlərin yenidən möhkəmləndirilməsi istiqamətində addımlar atılır.

APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, bunu ABŞ Dövlət katibi Con Kerri deyib.

Onun sözlərinə görə, iki ölkə arasında bəzi məsələlərdə, xüsusən insan hüquqları sahəsində hələ də ciddi fikir ayrılıqları qalmaqdadır.

Misirin xarici işlər naziri Samex Şükri isə iki ölkə arasında ciddi fikir ayrılıqlarının olmadığını vurğulayıb.

Qeyd edək ki, cümə günü ABŞ hərbi yardım proqramı çərçivəsində Misirə F-16 tipli 8 hərbi təyyarə göndərib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR