CAR-da silahlılar 50 dinc sakini öldürüblər

CAR-da silahlılar 50 dinc sakini öldürüblər
# 24 mart 2017 23:02 (UTC +04:00)

Cənubi Afrika Respublikasında silahlıların hücumu nəticəsində azı 50 nəfər ölüb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, naməlum silahlılar Bambari əyalətində yerləşən yaşayış məntəqələrinə hücum edib.

Məlumata görə, hücum zamanı Aqudu, Manqa və Yassaneme kəndlərində azı 50 nəfər güllələnərək öldürülüb, onlarla dinc sakin yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR