Zaqatalada fındıq bağlarında yanğın olub

Zaqatalada fındıq bağlarında yanğın olub
# 23 fevral 2017 12:19 (UTC +04:00)

Zaqatala rayonunda yeni salınmış fındıq bağlarında yanğın olub.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsindən (DYMH) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, bu gün günorta saatlarında rayonun Muğanlı və Qandax kənd inzibati ərazilərində kənd bələdiyyəsinə məxsus, yeni salınmış fındıq bağlarında yanğın qeydə alınıb.

Hadisə yerlərinə FHN-nin Zaqatala rayon DYMH-nin texnikaları və canlı qüvvəsi cəlb edilib. Muğanlı kəndindəki yanğın nəticəsində 4 hektar ərazidə əkilmiş 400 yaxın fındıq tingindən 100-ü, Qandax kəndində isə 2 hektar ərazidə əkilən 200 fındıq tingi yanıb.

Yanğının genişlənərək digər sahələrə keçməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR