Hasilatın azaldılması ilə bağlı razılaşmanın uzadılması nefti bahalaşdırır

Hasilatın azaldılması ilə bağlı razılaşmanın uzadılması nefti bahalaşdırır
# 24 aprel 2017 07:12 (UTC +04:00)

Dünya birjalarında neft bahalaşıb.

"APA-Economics" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,23 dollar və ya 0,46% artaraq 49,85 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,27 dollar və ya 0,52% azalaraq 52,23 dollar olub.

Bununla da neft 6 gün sonra bahalaşma nümayiş etdirib. Neftin qiymətinin artmasına OPEC monitorinq komitəsinin hasilatın azaldılması barədə razılığın uzadılması barədə qərarı səbəb olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR