Belçikanın Vaterlo şəhərində Azərbaycan gecəsi keçirilib

Belçikanın Vaterlo şəhərində Azərbaycan gecəsi keçirilib
# 22 oktyabr 2016 02:11 (UTC +04:00)

Bakı-APA. Oktyabrın 21-də Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü münasibətilə keçirilən tədbirlər çərçivəsində Belçikanın Vaterlo şəhərində Azərbaycan gecəsi keçirilib.

Azərbaycanın Belçikadakı səfirliyindən APA-ya verilən məlumata görə, gecədə çıxış edən Azərbaycanın Belçika Krallığındakı səfiri Fuad İsgəndərov ölkəmizin öz müstəqilliyini bərpa etdiyi vaxtdan ötən müddət ərzində keçdiyi inkişaf yolu və əldə etdiyi nailiyyətlər haqqında məlumat verib, Azərbaycan və Belçika arasındakı çoxşaxəli əməkdaşlığın mövcud olduğunu və hər iki tərəfin bunu daha da inkişaf etdirmək əzmində olduğunu bildirib.

Tədbir zamanı, Vaterlo Tarixi Filmlər Festivalı çərçivəsində məşhur fransız aktyoru Jerar Depardyenin iştirakı ilə çəkilmiş və Azərbaycana həsr olunmuş “Qafqaza qayıdış, Aleksandr Dümanın izi ilə” filmi nümayiş etdirilib. Film Belçika dövlət qurumları, diplomatik korpus və KİV nümayəndələrinin də təmsil olunduğu çoxsaylı izləyicilər tərəfindən maraqla qarşılanıb və alqışlarla müşayiət olunub. Sonda gecə iştirakçılarının şərəfinə ziyafət verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR