Bakıda kafedə silahlı insident olub, saxlanılanlar var - YENİLƏNİB

Bakıda kafedə silahlı insident olub, saxlanılanlar var - YENİLƏNİB
# 02 dekabr 2019 11:59 (UTC +04:00)

Daxili İşlər Nazirliyi Bakıda kafedə baş verən silahlı insidentlə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumatda qeyd olunub ki, noyabrın 30-da saat 1 radələrində Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsi ərazisində yerləşən kafelərin birində 2 nəfər xuliqanlıq zəminində odlu silahdan açdıqları atəşlə Bakı şəhər sakini F.Zeynalovun əl nahiyəsinə xəsarət yetiriblər. Xəsarət almış F.Zeynalova xəstəxanada ilkin tibbi yardım göstərilib. Faktla əlaqədar Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.

Suraxanı RPİ 33-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xuliqanlığı törətməkdə şübhəli bilinən paytaxt sakinləri O.Quliyev və E.Babayev saxlanılıblar.

E.Babayevdən cinayətdə istifadə etdiyi “Winchester” markalı tüfəng götürülüb.

***

Saat 11:36

Bakıda kafedə silahlı insident olub.

APA-nın məlumatına görə, hadisə paytaxtın Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən “Günəşli” kafesində qeydə alınıb.

Polisə adıçəkilən kafedə silah təqbiq edilməsi barədə məlumat daxil olub. Daxil olan məlumat əsasında dərhal əraziyə əməliyyat qrupu çıxıb. Araşdırmalar zamanı müəyyən edilib ki, bir qrup şəxs ictimai qaydanı kobud sürət pozaraq, cəmiyyətə açıqca hörmətsizlik edən, silah tətbiq etməklə vətəndaşlar üzərində zor tətbiq olunmaqla xuliqanlıq ediblər.

Faktla bağlı Suraxanı rayon Polis İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə cinayət işi başlanıb, saxlanılanlar var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR