Azərbaycan xam neftdən gəlirini 22% azaldıb

Azərbaycan xam neftdən gəlirini 22% azaldıb
# 12 sentyabr 2017 15:26 (UTC +04:00)

Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycan 5 mlrd. 085 mln 538,83 min dollar dəyərində 13 mln. 270 min 401,01 ton xam neft ixrac edib.

"APA-Economics" Dövlət Gömrük Komitəsinin (DGK) açıqladığı statistikaya istinadən xəbər verir ki, bu, həcm baxımından ötən ilin yanvar-avqust ayları ilə müqayisədə 8 mln. 541 min 494,72 ton və ya 39,16% azdır, məbləğ baxımından isə 1 mlrd. 431 mln. 426,46 min dollar və ya 21,96% azdır.

Qeyd edək ki, 2016-cı ilin yanvar-avqust ayları ərzində Azərbaycandan xarici ölkələrə 6 mlrd. 516 mln. 964,59 min dollar dəyərində 21 mln. 281 min 895,73 ton xam neft ixrac edilib.

Qeyd edək ki, xam neftin ixracı Azərbaycanın bu ilin səkkiz ayında ümumi ixracının 70,41%-ni təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR