SOCAR-ın dələduzluqda təqsirləndirilən vəzifəli şəxsi məhkəmədə özünü qismən günahkar bilib

SOCAR-ın dələduzluqda təqsirləndirilən vəzifəli şəxsi məhkəmədə özünü qismən günahkar bilib
# 25 iyul 2017 09:25 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Yalçın Əhmədovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

APA-nın xəbərinə hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

İttihama münasibət bildirən Y. Əhmədov özünü qismən təqsirli bilib. O, zərərçəkmişlərə dəyən ziyanı ödəyəcəyini deyib.

Qeyd edək ki, Y. Əhmədov Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Neft və Qaz İdarəsində operator vəzifəsində çalışıb. O, mal-qara satmaq adı ilə zərərçəkmiş Həsən Əliyevdən 29 min manat məbləğində borc alıb və qaytarmayıb. İş üzrə bir neçə zərərçəkmiş şəxs tanınıb.

Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi açılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR