Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi bərpa olunur

Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi bərpa olunur
# 08 noyabr 2016 09:04 (UTC +04:00)

Azərbaycanda yenidən dövlət xətti ilə ipoteka kreditləşməsinə başlanılır.

Bu barədə “APA-Economics”ə “NBC Bank” ASC-dən məlumat verilib.

“Artıq ayrılmış limitin icrasına başlamaq üçün son hazırlıq işləri tamamlanmaq üzrədir. Yaxın zamanda ipoteka kreditlərinin verilməsi haqqında əlavə məlumat açıqlanacaq”, - deyə bankdan bildirilib.

Məlumata əsasən, "Azərbaycan İpoteka Fondu"nun İdarə Heyəti tərəfindən ipoteka kreditlərinin verilməsində iştirak edəcək müvəkkil bankların siyahısı müəyyən olunub.

Siyahıya əsasən, Fondun vəsaiti hesabına verilən ipoteka kreditləri 8 müvəkkil bank tərəfindən rəsmiləşdiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR