Hesab.Az “Nar” ilə əməkdaşlığının yeni mərhələsinə başlayıb

Hesab.Az “Nar” ilə əməkdaşlığının yeni mərhələsinə başlayıb
# 10 iyun 2015 12:25 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Hesab.Az “Nar Mobile” ilə əməkdaşlığının yeni mərhələsinə başlayıb.

Portalın məxsus olduğun “GoldenPay” şirkətindən “APA-Economics”ə verilən məlumata görə, artıq Nar abunçiləri fövqəladə hallarda belə balansını artıra biləcək.

Belə ki Nar abunəçisi balansı 0 olduqda belə, internet paketsiz və Nar Kredit limiti bitsə də Hesab.az portalına pulsuz daxil olub, balansını artıra biləcək. Bunun üçün sadəcə Hesab.az istifadəçi olmaq kifayətdir.

Nar abunəçiləri Hesab.Az-ın yaratdığı fövqəladə balans artırma imkanlarından yararlanaraq sevdikləri ilə hər şəraitdə rahat-rahat danışacaq.

Qeyd edək ki, 170 mindən çox istifadəçisi olan Hesab.az, “GoldenPay” şirkətinə məxsus 70-dən çox təşkilata bank kartları vasitəsi ilə ödənişləri təqdim edən bir portaldır. Burada mobil və stasionar telefon operatorlarına, internet provayderlərə, televiziya, kommunal təşkilatlara, lizinq və banklara kreditlərinin ödənişi etmək mümkündür. Hesab.az portalında həm də onlayn sığorta xidmətləri və kinoteatrlara bilet belə almaq mümkündür. İstifadəçilərə “Şəxsi kabinet” yaratmaq, ödənişlərin tarixçəsini aparmaq və bonuslar qazanaraq müxtəlif hədiyyələr üzrə hərraclarda iştirak etmək imkanı təqdim edilir. Hesab.az portalı beynəlxalq elektron təhlükəsizlik standartlarına cavab verən müasir texniki infrastruktura malikdir. Hər ay 10 mln. manatdan çox və 100 minlərlə əməliyyat bu portal vasitəsi ilə həyata keçirilir. Həmçinin, portalın iOS, Android və Windows platformalarında tətbiqləri də mövcuddur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR