Kürdə batan 15 yaşlı oğlanın meyiti tapılıb

Kürdə batan 15 yaşlı oğlanın meyiti tapılıb
# 24 iyul 2017 13:51 (UTC +04:00)

Kür çayında batan yeniyetmənin cəsədi aşkarlanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, iyulun 23-də Kür çayının, Bərdə rayonunun Əyricə kəndi ərazisindən keçən hissəsində batmış 2002-ci il təvəllüdlü Rövşən Elxan oğlu Göyüşovun cəsədi FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılıb. Meyit sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR