Azərbaycan və Cənubi Koreya arasında siyasi məsləhətləşmələr keçirilib

Azərbaycan və Cənubi Koreya arasında siyasi məsləhətləşmələr keçirilib
# 21 noyabr 2017 13:04 (UTC +04:00)
Xarici işlər nazirinin müavini Xələf Xələfov Azərbaycan Respublikası və Koreya Respublikası XİN-ləri arasında keçirilmiş 3-cü siyasi məsləhətləşmələr çərçivəsində Koreya Respublikasının xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Yun Sun-Qu ilə görüşüb.
XİN-in mətubat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə cari ildə Azərbaycan Respublikası və Koreya Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümünün qeyd olunduğu və bu müddət ərzində iki ölkə arasında dialoq və qarşılıqlı anlaşmaya əsaslanan dostluq münasibətlərinin qurulduğu vurğulanıb. İqtisadi əməkdaşlıq üzrə birgə komissiyanın növbəti iclasının 2018-ci ilin il iyul-oktyabr ayları arasında Azərbaycanda keçirilməsi təklif edilib. Beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin bundan sonra da davam etdirilməsinin əhəmiyyəti qeyd olunub.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli və Koreya yarımadasındakı vəziyyət barədə geniş fikir mübadiləsi aparılıb. Azərbaycan tərəfi iki ölkə prezidentləri arasında 2006-2007-ci illərdə imzalanmış bəyanatlarda əksini tapmış müddəalara istinad edərək, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü əsasında münaqişənin həllini tələb edən BMT TŞ-nin müvafiq qətnamələrinin yerinə yetirilməsi ilə bağlı beynəlxalq birliyin səylərinin artırılmasının vacibliyini bəyan edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR