Rusiya Hələbdə 8 saatlıq atəşkəs elan edib

Rusiya Hələbdə 8 saatlıq atəşkəs elan edib
# 18 oktyabr 2016 00:05 (UTC +04:00)

Bakı-APA. Rusiya Suriyanın Hələb şəhərində birtərəfli qaydada 8 saatlıq atəşkəs elan edib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitaliy Çurkin bəyan edib.

“Biz birtərəfli qaydada 8 saatlıq atəşkəs elan edirik. Bu müddət ərzində Rusiya və Suriya aviasiyası Hələbdə əməliyyatları dayandırır. Düşünürəm ki, daha uzunmüddətli, misal üçün 48 və yaxud 72 saatlıq atəşkəs müəyyən qarşılıqlı razılaşmalar tələb edir”, deyə V.Çurkin bildirib.

Qeyd edək ki, bundan əvvəl BMT dinc əhaliyə humanitar yardımın çatdırılması üçün 8 saatlıq fasilənin kifayət etməyəcəyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR