Xaçmaz. Vəli Turan - APA. Bu gün günorta saatlarında Xaçmaz rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə magistralın 11-ci km-də qeydə alınıb. Beyləqan rayon sakini, 1990-cı il təvəllüdlü Həsənov Elnur Əli oğlunun idarə etdiyi “VAZ-21011” markalı minik maşın idarəetmədən çıxaraq ağaca çırpılıb.
Sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.
İlkin ehtimala görə, hadisəyə yüksək sürətin səbəb olub.
Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.