UEFA siyasi məsələlərlə bağlı qərar çıxarıb

UEFA siyasi məsələlərlə bağlı qərar çıxarıb
# 19 sentyabr 2014 09:51 (UTC +04:00)

Bakı – APA. UEFA-nın İcraiyyə Komitəsinin (İK) İsveçrənin Nyon şəhərində keçirdiyi iclasda siyasi məsələlər də müzakirə olunub. Apasport.az saytının məlumatına görə, İK ilk növbədə Rusiya ilə Ukrayna arasında yaranan siyasi gərginliklə bağlı qərar çıxarıb.

Belə ki, İK Rusiya Futbol İttifaqı ilə Ukrayna Futbol Federasiyasının birgə görüşünə dair hesabatını dinlədikdən sonra işçi qrupunun yaradılmasına qərar verib. İşçi qrupu təxminən 1 aya UEFA-ya öz hesabatını təqdim etməlidir. Bu hesabata əsasən Krım klublarının hansı ölkəni təmsil etməsinə, hansı çempionatda çıxış etməsinə qərar veriləcək.

İK Qəzza zonasında Fələstinlə yaşadığı münaqişəyə görə, İsrailə qoyulan qadağa ilə də bağlı qərar çıxarıb. UEFA-nın fövqəladə şəkildə çağırılmış iclası nəticəsində iyulun 16-dan İsraildə qurumun bayrağı altında heç bir oyunun keçirilməməsi qərarı verilmişdi. Artıq bu ölkədə təhlükənin sovuşduğunu görən İK qadağanı aradan götürüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR