Şotlandiya baş naziri: “Məğlubiyyəti qəbul edirik, amma bizə daha çox səlahiyyət verilməlidir”

Şotlandiya baş naziri: “Məğlubiyyəti qəbul edirik, amma bizə daha çox səlahiyyət verilməlidir”
# 19 sentyabr 2014 09:49 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə - APA. Şotlandiyanın baş naziri Aleks Salmond müstəqillik haqqında referendumdakı məğlubiyyəti qəbul etdiyini deyib.

APA - nın BBC-yə istinadən verdiyi məlumata görə, A.Salmond 1,6 milyon nəfərin Şotlandiyanın müstəqilliyinə səs verməsini böyük nailiyyət adlandırıb.

“Şotlandların əksəriyyəti bu mərhələdə müstəqilliyə “yox” deyib. Şotlandiyada dünyada nümunə ola biləcək demokratik referendum keçirilib. Bu, demokratik proses və siyasətdə iştirakın qələbəsidir. Bu gün biz Şotlandiyanı bir araya gətirdik. Gəlin, gedə bilmədiyimiz yox, qət etdiyimiz məsafəyə diqqət yetirək. Bütün Şotlandiyada bir hərəkat yaratmış olduq və bu, milləti irəli aparacaq. Biz vahid millət kimi irəli getməliyik”, - deyə o vurğulayıb.

A. Salmond səsvermənin nəticələrini qəbul etdiyini desə də, sonrakı mərhələdə Şotlandiyanın idaretmə hüquqlarının və səlahiyyətlərinin genişləndirilməsini vacib saydığını vurğulayıb: “Biz daha çox səlahiyyətlər tələb edirik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR