FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin desant-dalğıclarının helikopterdən su səthinə enmələri üzrə təlim keçirilib

FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin desant-dalğıclarının helikopterdən su səthinə enmələri üzrə təlim keçirilib
# 25 oktyabr 2014 08:05 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Fövqəladə Hallar Nazirliyi (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin desant-dalğıclarının helikopterdən su səthinə enmələri sahəsi üzrə təlim-tədris prosesi keçirilib.

APA-nın «Fövqəladə Hallar» qəzetinə istinadən verdiyi məlumata görə, təlim-tədris prosesinin keçirilməsində əsas məqsəd digər nəqliyyat vasitələri üçün əlverişsiz olan fəlakət zonalarında, Xəzər dənizinin Azərbaycana aid daxili sularında və digər su hövzələrində baş verə biləcək fövqəladə hallara çevik reaksiya verilməsinin, qəzaya uğramış su və hava nəqliyyat vasitələrinin şəxsi heyətinin xilas edilməsi, onlara ilkin yardım və təxirəsalınmaz tibbi yardımın göstərilməsini təmin etmək olub.

Su səthində baş verən fövqəladə hadisələrə desant-dalğıcların çevik reaksiya verilməsi və nəticələrin aradan qaldırılması üzrə vərdişlərin təkmilləşdirilməsi məqsədi ilə nəzəri və praktiki məşğələlər keçirilib.

Helikopterin hərəkəti zamanı ayaq üstə suya tullanmalar, helikopterin havada durması zamanı tam xilasetmə avadanlığında oturaraq üzgəclərdə suya tullanmalar, suyun üzündə olan zərərçəkmişlərin xilasedici səbətin köməyi ilə helikopterə qaldırılması, fəlakət zonasından 200 metr aralı desant dalğıcın helikopterdən suya tullanması, xilasedici sala üzməsi və zərərçəkmişlərin helikopterə qaldırılması, helikopterin havada fəlakət zonası üzərində durması zamanı desant-dalğıcların enmə qurğuları vasitəsilə suya endirilməsi, zərərçəkmişlərin bərkidilməsi və qaldırılması mövzularında təlimlər hazırlıq proqramına uyğun olaraq davam etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR