Təhsil Nazirliyi: Azərbaycanda müəllim hazırlığı siyasətində dəyişikliklər ediləcək - VİDEO

Təhsil Nazirliyi: Azərbaycanda müəllim hazırlığı siyasətində dəyişikliklər ediləcək - <span style="color: red;">VİDEO
# 23 iyul 2014 12:05 (UTC +04:00)

Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Fərzəli Qədirov APA-ya açıqlamasında deyib ki, nazirlik müəllim hazırlığı siyasətində əsaslı dəyişikliklər etməyi planlaşdırır. Onun sözlərinə görə, ilk növbədə müəllimlər üçün peşə standartları yeniləşdirilir: “Ali məktəblərdə tam yeni peşə standartları tətbiq ediləcək. Bu o deməkdir ki, əvvəlki proqramlardan fərqli olaraq müəllim hazırlığı sahəsində dəqiq, konkret kompetensiyalar müəyyənləşəcək. Bu müəllim hazırlığı üçün əsas götürüləcək”.

Şöbə müdiri əlavə edib ki, ölkənin müəllim hazırlığında praktik hazırlığa daha çox diqqət yetiriləcək. F.Qədriovun sözlərinə görə, “Azərbaycanda Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası”nda da müəllim hazırlığı sahəsində internatura modelinin tətbiqi nəzərdə tutulub: “Onlar 1 il müddətində məktəblərdə məhz praktik fəaliyyətlə məşğul olacaq, praktik vərdişlər əldə edəcəklər. Bundan əlavə, ali məktəblərdə müəllimlik ixtisaslarını seçənlər üçün xüsusi stimullaşdırıcı tədbirlər həyata keçiriləcək. Bunun nəticəsində müəllimlik ixtisasını seçənlər daha çox olar. Azərbaycanda Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası çərçivəsində gələcəkdə digər bu kimi tədbirlərin icrası da nəzərdə tutulub”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR