Şirvan sakini quldurluq edib

Şirvan sakini quldurluq edib
# 10 dekabr 2014 12:07 (UTC +04:00)

Şirvan. Əlibəy Zeynallı - APA. Quldurluq etmiş Şirvan şəhər sakini tutulub.

Şirvan şəhər Polis Şöbəsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumatına görə, dekabrın 9-da Şirvan şəhər sakini Qulamhüseyn Eymanxaya məxsus ərzaq mağazasına gəlmiş naməlum şəxs orada satıcı işləyən İbrahim Babayevi bıçaqla hədələyərək mağazadan 60 manat və danışıq kartları götürüb hadisə yerini tərk edib.

Şirvan ŞPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş şəhər sakini, əvvəllər məhkum olunmuş, 1980-ci il təvəllüdlü Zubkov Vladimir Pavloviç tutulub.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR