Vaqif Səmədoğlu: “Saytlarda səhhətimlə bağlı yayılmış məlumat yanlışdır”

Vaqif Səmədoğlu: “Saytlarda səhhətimlə bağlı yayılmış məlumat yanlışdır”
# 19 noyabr 2014 08:06 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Xalq şairi Vaqif Səmədoğlu müxtəlif saytlarda səhhəti ilə bağlı yayılmış xəbərləri təkzib edib.

APA-nın məlumatına görə, bu barədə şair öz Facebook səhifəsində yazıb: “Mənim əzizlərim, dünən müxtəlif xəbər saytlarında mənim səhhətimlə bağlı yayılmış məlumat yanlışdır. Vəziyyətim normaldır, ev şəraitində müalicəmi davam etdirirəm. Narahatlığa heç bir səbəb yoxdur. Hamınıza təşəkkür edirəm”.

Qeyd edək ki, dünən bir neçə sayt V.Səmədoğlunun vəziyyətinin kəskin pisləşməsi haqqında məlumat yaymışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR