Bakı sakinini döyərək öldürən şəxs həbs edilib

Bakı sakinini döyərək öldürən şəxs həbs edilib
# 08 sentyabr 2014 10:49 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Bakı sakini döyülərək qətlə yetirilib. Suraxanı rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə sentyabrın 6-da qeydə alınıb.

Bakı şəhər sakini Məzahir Novruzov Suraxanı rayonu ərazisində yaşadığı evdə ölməsi barədə polisə məlumat daxil olub.

Aparılmış araşdırmalar nəticəsində M.Novruzovun döyülmə nəticəsində ölməsi müəyyən edilib. Hadisəni törədən Bakı şəhər sakini Famil Zamanov tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR