Bakıda 37 yaşlı qadın qətlə yetirilib

Bakıda 37 yaşlı qadın qətlə yetirilib
# 21 noyabr 2014 10:08 (UTC +04:00)

Səbail rayon prokurorunun köməkçisi Mirfariz Seyidəliyevin APA-ya verdiyi məlumata görə, Salyan rayonunda anadan olmuş, 1977-ci il təvəllüdlü Münəvvər Mirhəbib qızı Miriyeva ötən gün saat 21 radələrində rayonun Bədəlov küçəsində naməlum şəxs tərəfindən bıçaqlanaraq öldürülüb. Hadisə yeri Səbail Rayon Prokurorluğunun, Polis İdarəsinin və ekspertlərin iştirakı ilə müayinə edilib.

Hadisəni törədən şəxsin müəyyən edilərək tutulması istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı Səbail Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR