“APA Holding” və holdinqə daxil olan strukturlar əmtəə nişanlarının patentlərini alıb - VİDEO

“APA Holding” və holdinqə daxil olan strukturlar əmtəə nişanlarının patentlərini alıb - <span style="color: red;">VİDEO
# 12 noyabr 2014 08:16 (UTC +04:00)

APA-nın məlumatına görə, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən “APA Holding” MMC (№ 2014 1045), “Azəri Press Agentliyi” (APA) MMC (№ 2014 1048), “APA SERVİS” MMC (№ 2014 1046), “Lent.az İnformasiya Agentliyi” MMC-yə (№ 2014 1047) əmtəə nişanları təqdim olunub.

“Azəri Press Agentliyi” (APA) MMC, “APA SERVİS” MMC və “Lent.az İnformasiya Agentliyi” MMC-yə təqdim edilən əmtəə nişanları reklam, internet vasitəsi ilə xəbər portallarına çıxışın təmin olunması və tərbiyə etmə, tədris prosesinin təmin edilməsi, əyləncələr, idman və mədəni-maarif tədbirlərinin təşkili xidmətləri (əmtəələr) üçün qeydiyyata alınıb.

APA Holding” MMC bu xidmətlərlə bərabər, sığortalama, maliyyə fəaliyyəti, kredit-pul əməliyyatları, daşınmaz əmlak əməliyyatları, elmi və texnoloji xidmətlər və onlara aid tədqiqatlar və işləmələr, sənaye analizi və elmi tədqiqatlar üzrə xidmətlər, kompüterlərin texniki və proqram təminatının işlənilməsi və təkmilləşdirilməsi, hüquqi xidmətlər, əmlakın və fərdi şəxslərin müdafiəsi üçün təhlükəsizlik xidmətləri, fərdi şəxslərin tələbatlarının təmin edilməsi üçün başqaları tərəfindən göstərilən şəxsi və sosial xidmətlər göstərmək hüququ qazanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR