AVCIYA Şirvanda bələdiyyə seçkiləri ilə bağlı seminar keçirib

AVCIYA Şirvanda bələdiyyə seçkiləri ilə bağlı seminar keçirib
# 30 noyabr 2014 18:47 (UTC +04:00)

Bakı-APA . Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Seçki Qərargahı bələdiyyə seçkiləri ilə bağlı növbəti regional seminarı Şirvanda keçirib.

AVCİYA-dan APA-ya daxil olan məlumata görə, seminarda Şirvanla yanaşı ətraf rayonlarının nümayəndələri də iştirak edib.

Tədbirdə AVCİYA Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı məruzə ilə çıxış edərək, bələdiyyə seçkiləri ərəfəsi mövcud ictimai-siyasi vəziyyət barədə tədbir iştirakçılarına məlumat verib. Bundan başqa, məruzəçi assosiasiyanın seçkilərlə bağlı bu günə qədər gördüyü işlər,yerli özünüidarənin beynəlxalq təcrübəsi, bələdiyyə seçkilərinin Azərbaycan üçün əhəmiyyəti və s. barədə tədbir iştirakçılarını məlumatlandırıb.

AVCİYA regional seminarları dekabrın 15-dək yekunlaşdırmağı planlaşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR