Landon Donovan: “Azərbaycanla görüşdən sonra millimizdən nəsə gözləməyə dəyməzdi”

Landon Donovan: “Azərbaycanla görüşdən sonra millimizdən nəsə gözləməyə dəyməzdi”
# 13 avqust 2014 10:04 (UTC +04:00)

Bakı – APA. ABŞ millisinin sabiq futbolçusu Landon Donovan milli komandasının 2014-cü il dünya çempionatındakı çıxışından danışıb. Apasport.az saytının xəbərinə görə, tanınmış futbolçu yerli mətbuata müsahibəsində bildirib ki, yığmasının mundialda uğursuz çıxış edəcəyini gözləyirmiş.


Onun fikrincə, ABŞ millisi hələ Azərbaycanla mayın 28-də baş tutan yoxlama görüşündə bərbad oynamışdı: “Dünya çempionatından əvvəl millimizin Azərbaycana qarşı oyununu izlədim. Həmin matçda komandamız çətinliklə qələbə qazandı. Azərbaycanla görüşdən sonra millimizdən nəsə gözləməyə dəyməzdi. Belə də oldu. Qrupdan çətinliklə çıxdılar. Amma 1/8 final mərhələsində Belçikaya uduzdular”.


Xatırladaq ki, ABŞ millimiz üzərində 2:0 hesablı qələbə qazanmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR