Varşavada iğtişaşlar nəticəsində 12 polis əməkdaşı xəsarət alıb, 200-dən çox asayiş pozucusu saxlanılıb

Varşavada iğtişaşlar nəticəsində 12 polis əməkdaşı xəsarət alıb, 200-dən çox asayiş pozucusu saxlanılıb
# 12 noyabr 2014 03:39 (UTC +04:00)

APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, iğtişaşlar zamanı 12 polis əməkdaşı xəsarət alıb. Aksiya iştirakçılarından da xəsarət alanların olduğu bildirilir.

Məlumata görə, yürüşdə on minlərlə şəxs iştirak edib (Polisin məlumatına görə 30 min, aksiya təşkilatçılarının məlumatına əsasən – 100 min nəfər).

Üzü bağlı gənclər polis əməkdaşlarına daş, fişəng, yandırıcı maye doldurulmuş şüşə qabları atıb. Asayiş keşikçiləri su şırnağı, gözyaşardıcı qaz və rezin güllələrdən istifadə etməli olub.

215 asayiş pozucusu saxlanılıb. Saxlanılan şəxslərin sayının artacağı istisna olunmur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR