Azərbaycan-Özbəkistan oyununu gürcüstanlı hakim idarə edəcək

Azərbaycan-Özbəkistan oyununu gürcüstanlı hakim idarə edəcək
# 06 avqust 2014 07:10 (UTC +04:00)

Bakı - APA. Futbol üzrə Azərbaycan yığmasının Özbəkistanla yoldaşlıq oyununun hakimləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, avqustun 20-də keçiriləcək qarşılaşmanın baş hakimi gürcüstanlı FIFA referisi George Vadaçkoriya olacaq.

Ona həmyerliləri Levan Varamişvili və Levan Todriya kömək edəcəklər. Dördüncü hakim funksiyasını Ömər Paşayev yerinə yetirəcək.

Qeyd edək ki, “Bakcell Arena”da keçiriləcək oyun saat 21:00-da başlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR