“Sumqayıt” futbol klubunun stadionu “Kapital Bank Arena” adlanacaq - FOTO

“Sumqayıt” futbol klubunun stadionu “Kapital Bank Arena” adlanacaq - <span style="color: red;">FOTO
# 27 avqust 2014 14:53 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Bu gün “Kapital Bank” ASC ilə “Sumqayıt” futbol klubu arasında tərəfdaşlıq haqqında müqavilə imzalanıb.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, müqaviləyə uyğun olaraq Sumqayıt şəhərində yeni inşa edilmiş stadion ölkə Premyer liqasının 2014-2015-ci il mövsümündə “Kapital Bank Arena” adlanacaq.

Bu müddətdə bank stadionda özünün reklam materiallarının yerləşdirilməsində müstəsna hüquqlara malikdir.

“Kapital Bank”ın İdarə Heyəti sədrinin birinci müavini Fərid Məmmədov bildirib ki, bankın sosial məsuliyyət layihələrində idmana dəstəyin mühüm yer tutdur, buna görə də bank futbol klubunun fəaliyyətinə böyük məmnuniyyətlə dəstək verəcək.

F. Məmmədov Sumqayıtda yüksək şəraitə, müasir standartlara malik peşəkar futbol stadionlarından birinin “Kapital Bank Arena” adlanmasının, ümumilikdə, Azərbaycan futbolunun inkişafına xoş bir töhfə olacağına əminliyini ifadə edib.

O, həmçinin qeyd edib ki, bu, bankın futbol Klubu ilə sonuncu işbirliyi deyil: “Klubun Sumqayıt şəhər məktəblərində sağlam həyatın təbliği məramı ilə həyata keçirilməsini nəzərdə tutduğu layihələrdə də Kapital Bank yaxından iştirakı qərarlaşdırıb”.

Qeyd edək ki, Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank” 89 filialı və 8 şöbəsi ilə hər zaman müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 nömrəli müştəri xidmətinə və bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət etmək mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR