Azərbaycan magistral kəmərləri ilə neftin və təbii qazın nəqlini artırıb

Azərbaycan magistral kəmərləri ilə neftin və təbii qazın nəqlini artırıb
# 17 noyabr 2014 10:44 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın magistral neft kəmərləri ilə 38,6 mln. ton neft nəql edilib.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,8% artım deməkdir.

Nəqletmənin ¾ hissəsi Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri ilə həyata keçirilib və bu ilin yanvar-oktyabr ayları ərzində bu kəmər vasitəsilə 29,1 mln. ton neft ötürülüb. Dövr ərzində gəmilər vasitəsilə ölkəyə gətirilərək Səngəçal terminalından Bakı-Tiflis-Ceyhan (BTC) kəməri ilə 4,4 mln. ton tranzit Türkmənistan nefti nəql edilib.

Bu ilin 10 ayı ərzində Azərbaycanın magistral qaz kəmərləri ilə 17,6 mlrd. kubmetr və ya 9,1% çox qaz nəql edilib. Nəql edilmiş qazın 29,9%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilmiş və 5,3 mlrd. kubmetr qaz ötürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR