ABŞ hərbi aviasiyası “İslam dövləti” qruplaşmasının mövqelərinə növbəti zərbə endirib

ABŞ hərbi aviasiyası “İslam dövləti” qruplaşmasının mövqelərinə növbəti zərbə endirib
# 12 avqust 2014 03:15 (UTC +04:00)

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Mərkəzi Komandanlığının açıqlamasında bildirilir.

ABŞ-a məxsus qırıcı təyyarələr Sincarda “İslam dövləti” nin bir neçə blokpostunu, zirehli texnika və yaraqlıları daşıyan yük maşınlarını məhv edib.

Qeyd edək ki, ABŞ Hərb Hava Qüvvələri avqustun 8-də “İslam dövləti” qruplaşmasının mövqelərinə zərbə endirməyə başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR