Rusiya Azərbaycandan ət, süd və balıq məhsullarının idxalına bu ilin sonunadək icazə verə bilər

Rusiya Azərbaycandan ət, süd və balıq məhsullarının idxalına bu ilin sonunadək icazə verə bilər
# 19 noyabr 2014 07:05 (UTC +04:00)

"APA-Economics”in “RİA Novosti”yə istinadən xəbərinə görə, bunu qurumun rəhbərinin köməkçisi Aleksey Alekseyenko bildirib.

Onun sözlərinə görə, “Rosselxoznadzor” 2015-ci ilin I rübündə ət, süd və balıq məhsullarının istehsalı üzrə Azərbaycan müəssisələrinin informasiya yoxlanışını həyata keçirməyi planlaşdırıb: “Lakin Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin çoxsaylı müraciətləri ilə əlaqədar yoxlanışı 2014-cü ilin dekabrın əvvəlinə keçirmək qərara alınıb. Əgər yoxlama nəticəsində heç bir problem aşkarlanmasa, o zaman Azərbaycan məhsullarının Rusiyaya idxalına bu ilin sonunadək icazə verilə bilər”.

Qeyd edək ki, “Rosselxoznadzor”un saytında yerləşdirilən məlumata əsasən, Rusiyaya balıq və dəniz məhsulları ixrac etmək hüququ Azərbaycanın dörd müəssisəsinə məxsusdur. Lakin 2013-cü ildə Azərbaycandan Rusiyaya balıq və dəniz məhsulları ixrac olunmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR