Penitensiar Xidmətin rəisi: “Çalışacağıq ki, Bakının mərkəzində yerləşən cəzaçəkmə müəssisələri köçürülsün”

Penitensiar Xidmətin rəisi:  “Çalışacağıq ki, Bakının mərkəzində yerləşən cəzaçəkmə müəssisələri köçürülsün”
# 12 dekabr 2014 10:36 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA. “Dünyanın heç bir dövlətində cəzaçəkmə sisteminə Azərbaycandakı kimi diqqət yoxdur. Bu da son zamanlar Azərbaycan aparılan quruculuq siyasəti ilə bağlıdır. Bu gün digər dövlətlər Azərbaycan qibtə edirlər”.

APA-nın məlumatına görə, bunu Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev bildirib.

M. Quliyev Bakının mərkəzində yerləşən penitensiar müəssisələrin kənara köçürülməsi barədə danışarkən deyib ki, son illərdə Azərbaycanda 10 cəzaçəkmə müəssisəsi tikilib istifadəyə verilib, 7-si tikilmək üzrədir: “Biz çalışacağıq ki, Bakının mərkəzində yerləşən cəzaçəkmə müəssisələri kənara köçürülsün. Bunların hamısı maliyyələşmə ilə bağlıdır. Təxminən bir il ərzində biz Lənkəranda inşa olunan cəzaçəkmə müəssisəsini istifadəyə verəcəyik. Sabunçu rayonunda qadın müəssisəsi tikilmək üzrədir. Düşünürəm ki, növbəti 5 il ərzində bu proses mərhələli olaraq həyata keçiriləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR