Millət vəkili Qüdrət Həsənquliyev ipoteka üçün tələb olunan ilkin ödənişin ləğv olunmasını təklif edir

Millət vəkili Qüdrət Həsənquliyev ipoteka üçün tələb olunan ilkin ödənişin ləğv olunmasını təklif edir
# 06 noyabr 2014 08:25 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. “İpoteka üçün tələb olunan ilkin ödəniş ləğv olunmalıdır”.

APA-Economics” xəbər verir ki, bunu 2015-ci ilin Dövlət büdcəsi və büdcə zərfinə daxil olan qanun layihələrinin parlamentin elm və təhsil, mədəniyyət, regional məsələlər, beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, Hüquq siyasəti və dövlət quruculuğu, insan hüquqları komitələrinin birgə iclasında müzakirəsi zamanı millət vəkili Qüdrət Həsənquliyev deyib.

Millət vəkili bildirib ki, ilkin ödəniş gənc ailələrin ipoteka ilə mənzil almasına mane olur. “İlkin ödəniş aradan qaldırılmalıdır. Çünki, gənc ailələr ilkin ödənişi qismində lazım olan 5, 7, 10 min manatı toplaya bilmirlər. Ona görə hesab edirəm ki, ilkin ödəniş ləğv olunsa, bu problem həllini tapmış olar”.

Q. Həsənquliyev sosial ipotekaya 50 mln. manat vəsaitin ayrılmasını məqbul sayır. Bununla belə, millət vəkili hesab edir ki, bu məbləği bir qədər də artırmaq olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR