Sabah Bakıda 10 dərəcə isti olacağı gözlənilir

Sabah Bakıda 10 dərəcə isti olacağı gözlənilir
# 30 noyabr 2014 11:42 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman, axşam isə yağıntı olacağı gözlənilir.

Havanın temperaturunun gecə 2-5, gündüz 7-10, Bakıda gecə 2-4, gündüz 8-10 dərəcə isti olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikası, Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında

havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl, həmçinin Mərkəzi-Aran və Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin, lakin axşama doğru yağıntılı olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında gecə və səhər bəzi yerlərdə duman, çiskin, lakin günün ikinci yarısında yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR