Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində terrorla bağlı yalan məlumat verməkdə təqsirləndirilən Amid Mayılovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
APA-nın məlumatına görə, hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatı dəqiqləşdirilib. Prosesin baxış iclası isə dekabrın 9-na təyin edilib.
Qeyd edək ki, A. Mayılov telefon dükanına bomba qoyulması barədə polisə yalan məlumat verib.
O, Cinayət Məcəlləsinin 216-cı (terrorçuluq barədə yalan məlumat vermə) maddəsi ilə təqsirləndirilir.