APA-nın qərb bürosunun verdiyi məlumata görə, yanğın Mirəli Qaşqay küçəsi, 5 ünvanında yerləşən birmərtəbəli yaşayış evində baş verib.
Gəncə şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin əməkdaşları yanğının qarşını alıb.
Yanğın zamanı 3 nəfər: 1976-cı il təvəllüdlü Ələkbərova Aynurə Məmməd qızı və onun övladları, 2006-cı il təvəllüdlü Rzayeva Fatimə Rövşən qızı və 2002-ci il təvəllüdlü Rzayev Firdovsi Rövşən oğlu müxtəlif dərəcəli xəsarətlər alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriblər.
Hadisənin baş vermə səbəbləri araşdırılır.