Rasmussen: “NATO terrorçulara qarşı mübarizədə Türkiyəyə dəstək verəcək”

Rasmussen: “NATO terrorçulara qarşı mübarizədə Türkiyəyə dəstək verəcək”
# 11 avqust 2014 18:21 (UTC +04:00)

Bakı - APA. Əgər “İslam Dövləti” (keçmiş “İraq və Şam İslam Dövləti”) terrorçuları Türkiyəni təhdid edərsə, NATO bu ölkənin müdafiəsi üçün bütün zəruri addımlar atmağa hazırdır.

APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, bunu NATO-nun Baş katibi Anders Foq Rasmussen bəyan edib.

“Biz bu terrorçu qrupun fəaliyyətindən olduqca narahatıq. Hesab edirik ki, onların hücumunu dayandırmaq üçün hər bir vasitədən istifadə olunmalıdır” – deyə Rasmussen bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR