“Lokomotiv” meydana çıxarmağa futbolçu tapmadı

“Lokomotiv” meydana çıxarmağa futbolçu tapmadı
# 08 dekabr 2014 14:22 (UTC +04:00)

Bakı - APA. Azərbaycan çempionatının I divizionunda maraqlı hal qeydə alınıb. Apasport.az saytının məlumatına görə, bu gün keçirilən XIV turun bir görüşü yarımçıq qalıb.

Belə ki, “Ağsu” – “Lokomotiv” görüşünün yalnız bir hissəsi oynanılıb. İlk 45 dəqiqədən sonra 0:2 hesabı ilə uduzan qonaqlar ikinci hissəyə çıxmaqdan imtina ediblər. Əldə etdiyimiz məlumata görə, buna səbəb baş məşqçi Novruz Əzimovun meydana buraxmağa 11 oyunçu tapmamasıdı.

Belə ki, “Lokomotiv”in heyətində ilk hissədə zədə alan futbolçular olub və onları əvəzləyəcək oyunçu olmadığından, komanda mübarizəni davam etdirmək istəməyib. Novruz Əzimovla əlaqə saxlamağa cəhd etsək də, baş məşqçi zənglərimizi cavabsız qoyub.

Matçla bağlı yekun qərar İntizam Komitəsinin iclasında veriləcək və çox güman ki, “Lokomotiv” texniki məğlubiyyət alacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR