Bakı. Aqşin Rafiqoğlu–APA-Economics. Azərbaycanda əlilliyin elektron sistemləşdirilməsi artıq başa çatıb.
“APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib.
Onun sözlərinə görə, bu sahəyə nəzarət edən nazir müavinlərinin birinin kabinetində böyük monitor-ekran quraşdırılıb.
“Düşünürəm ki, ilin sonuna qədər kağız daşıyıcılarının istifadəsinə son qoyulacaq”, - deyə nazir bildirib.
S. Müslümov hazırda Azərbaycanın bütün bölgələri üzrə 38 regional Tibbi-Sosial Ekspert Komissiyasının fəaliyyət göstərdiyini deyib. O bildirib ki, bu komissiyaların üzvlərinə bir neçə dəfə treninqlər keçirilib və işçilərin hər biri elektron imza ilə təmin olunub.