Azərbaycanın bölgələrində insan alveri qurbanları üçün sosial reabilitasiya mərkəzləri yaradılır

Azərbaycanın bölgələrində insan alveri qurbanları üçün sosial reabilitasiya mərkəzləri yaradılır
# 19 avqust 2014 09:20 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aidiyyatı qurumlarla birgə insan alveri qurbanları üçün regionlarda sosial reabilitasiya, sosial xidmət və yardım mərkəzlərinin, sığınacaqların yaradılması, onlara hüquqi, tibbi, psixoloji, sosial və digər yardımların təmin edilməsi üçün müvafiq tədbirlər həyata keçirəcək.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, bu, Azərbaycan Prezidentinin 2014-cü il 24 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın həyata keçirilməsi ilə bağlı Tədbirlər Planında əksini tapıb.

Tədbirlər Planında respublika daxilində insan alveri və məcburi əmək qurbanlarının, o cümlədən insan alverinin qurbanı olan uşaqların, əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin müəyyən edilməsi istiqamətində müvafiq səylərin gücləndirilməsi, insan alverinə qarşı mübarizə üzrə təbliğat və maarifləndirmə işlərinin gücləndirilməsi və digər istiqamətlərdə tədbirlərin həyata keçirilməsi də əksini tapıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR