DSX rəisi Füzulidə vətəndaşları qəbul edəcək

DSX rəisi Füzulidə vətəndaşları qəbul edəcək
# 14 noyabr 2014 09:55 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının Komandanı, general-polkovnik Elçin Quliyev tərəfindən Füzuli rayonunun Horadiz şəhərində Beyləqan və Füzuli rayon sakinlərinin qəbulu keçiriləcək.

Bu barədə APA-ya DSX-nin mətbuat mərkəzindən məlumat verilib.

Qəbul noyabr ayının 27-də saat 11:00-da Horadiz Sərhəd Dəstəsində keçiriləcək. Qəbulda iştirak etmək istəyənlər onları maraqlandıran sualları noyabr ayının 25-dək Dövlət Sərhəd Xidmətinin www.dsx.gov.az adlı rəsmi saytında yerləşdirə bilərlər.

Qeydiyyat üçün vətəndaşlar 012-498-01-55 və 012-498-01-69 nömrəli telefonlarla əlaqə saxlaya və ya Horadiz Sərhəd Dəstəsinə müraciət edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR