Dövlət Musiqili Teatrında “Qızıl toy” operettasının premyerası olacaq

Dövlət Musiqili Teatrında “Qızıl toy” operettasının premyerası olacaq
# 25 sentyabr 2014 08:57 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Sentyabrın 27-də Azərbaycan Dövlət Musiqili Teatrında “Qızıl toy” operettasının premyerası olacaq.

Teatrdan APA-ya verilən məlumata görə, 105-ci mövsümün ilk premyerası olan əsərin libretto müəllifi Ramiz Heydər, bəstəkarı Oqtay Kazımidir. Komediyaya rejissor Yusif Əkbərov quruluş verib.

Tamaşanın quruluşçu dirijoru Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, geyim üzrə rəssam Gülnarə Xəlilova, quruluşçu baletmeysterlər Zakir Ağayev və Yelena Ağayeva, xormeyster Vaqif Məstanov, konsertmeyster Nərminə Əbdürəhmanova, rejissor assistenti isə Tamilla Aslanovadır.

Rollarda əməkdar artistlərdən Nahidə Orucova, Əkbər Əlizadə, aktyorlardan Əzizağa Əzizov, Gültac Əlili, Türkel Şabanova, Elvin Əliyev, Şaban Cəfərov, Gülnarə Əzizova, Yuliya Heydərova və başqaları iştirak edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR