Bakı - APA-Economics. Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 2,14 dollar azalaraq 1 barelə görə 57,81 dollar təşkil edib.
“APA-Economics”in məlumatına görə, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 1,83 dollar ucuzlaşaraq 61,85 dollar olub.