Bu ilki yay mövsümündə Cəlilabadda 20 ilansancma faktı qeydə alınıb

Bu ilki yay mövsümündə Cəlilabadda 20 ilansancma faktı qeydə alınıb
# 22 iyul 2014 21:35 (UTC +04:00)

Cəlilabad. Ağəddin Babayev – APA. Bu ilki yay mövsümü ərzində Cəlilabad rayonunda 20 ilansancma faktı qeydə alınıb. Bu barədə APA-nın cənub bürosuna Cəlilabad Mərkəzi Rayon Xəstəxanasından (MRX) məlumat verilib. Bildirilib ki, bu da ötən illə müqayisədə çoxdur. Bununla belə, MRX-da ilnsancma əlieyhinə zərdab ehtiyatı görüldüyündən bütün xəstələrə vaxtında tibbi yardım olunub və nəticədə ölüm faktı qeydə alınmayıb.

Məlumatda o da qeyd olunub ki, hazırda Cəlilabad MRX-da daha 4 ədəd ilansancma əleyhinə zərdab vaksini ehtiyatda saxlanılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR