Məleykə Abbaszadə: “Aşağı bal toplayan abituriyentlər ali məktəblərdən xaric olunmalıdır” - VİDEO

Məleykə Abbaszadə: “Aşağı bal toplayan abituriyentlər ali məktəblərdən xaric olunmalıdır” - <span style="color: red;">VİDEO
# 08 avqust 2014 09:37 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, 150 bal toplayan abituriyentlər bu gün müəyyən ixtisasa yiyələnir: “Lakin onlar həmin ballarla burada yox, xaricdə təhsil alırlar. Təbii ki, bu da xoşagəlməz haldır. Zəiflik var”.

M. Abbaszadənin sözlərinə görə, elə abituriyentlər var ki, 600 baldan çox nəticə göstərib, lakin heç bir yerə ərizə verməyib: “Yəqin ki, onlar xaricə üz tutacaq”.

Komissiya sədri xatırladıb ki, 500 baldan çox bal toplayan və müəllimlik peşəsini seçən abituriyentlərə təqaüd veriləcək: “Biz həmin siyahını Təhsil Nazirliyinə təqdim edəcəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR