ABŞ “İŞİD”-lə mübarizəyə 424 milyon dollar pul xərcləyib

ABŞ “İŞİD”-lə mübarizəyə 424 milyon dollar pul xərcləyib
# 21 oktyabr 2014 22:15 (UTC +04:00)

Bakı– APA. ABŞ terror təşkilatı “İŞİD”-lə mübarizədə Suriya və İraqda aparılan əməliyyatlarda indiyə qədər 424 milyon dollar pul xərclədiyini açıqlayıb.

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə jurnalistlərə Pentaqonun rəsmi nümayəndəsi, kontr-admiral Con Kirbi bildirib.

O, bu məbləğin avqustun 8-dən başlayaraq aparılan əməliyyatlarda xərcləndiyi qeyd edib. “Orta hesabla gündəlik xərc 7,6 milyon dollar təşkil edir”, deyə Kirbi bildirib.

Xatırladaq ki, ABŞ hərbi aviasiyası avqustun 8-dən başlayaraq İraq və Suriyada “İŞİD”-in mövqelərinə hava zərbələri endirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR