Mahmud Vaezi: “İran prezidenti Azərbaycanla münasibətlərin yaxşılaşdırılması və əvvəl mövcud olan problemlərin aradan qaldırılması xəttini yürüdür”

Mahmud Vaezi: “İran prezidenti Azərbaycanla münasibətlərin yaxşılaşdırılması və əvvəl mövcud olan problemlərin aradan qaldırılması xəttini yürüdür”
# 07 avqust 2014 09:14 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə - APA. “Azərbaycanın yaşadığı problemlər, xüsusilə də Dağlıq Qarabağ məsələsi İranı da narahat edir. Biz iyirmi il əvvəl olduğu kimi, indi də Azərbaycanın ərazi bütövlüyünü tam dəstəkləyirik və Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, sülh yolu ilə həll olunmasının tərəfindəyik”.

APA-nın xəbərinə görə, bunu İranın rabitə və informasiya texnologiyaları naziri, Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Mahmud Vaezi deyib.

Nazir, İranın Azərbaycanın müstəqilliyini ilk tanıyan, bu ölkədə ilk səfirlik açan dövlətlərdən biri olduğunu xatırladıb.

Mahmud Vaezi deyib ki, prezident Həsən Ruhani hakimiyyətə gələndən sonra Azərbaycanla münasibətlərin yaxşılaşdırılması və əvvəl mövcud olan problemlərin aradan qaldırılması xəttini yürüdür: “Bu yöndə də prezident bizə tapşırıq verib ki, Azərbaycanla bütün sahələrdə olan əlaqələri möhkəmləndirək, yeni birgə uğurlara imza ataq.

Son iki gündə səfər çərçivəsində Bakıda bu yöndə böyük işlər görülüb. Azərbaycan prezidenti İlham Əliyevə də bu məsələni diqqətdə saxladığına görə təşəkkür edirik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR