Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın mitinq keçirməsinə razılıq verib

Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın mitinq keçirməsinə razılıq verib
# 06 noyabr 2014 13:27 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) Milli Şuranın mitinqlə bağlı müraciətini cavab gəlib.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlı APA-ya açıqlamasında bildirib ki, BŞİH Milli Şuranın noyabrın 10-da saat 15:00-da keçmiş “Məhsul” stadionuna təyin edilən mitinqinə razılıq verib.

Xatırladaq ki, Milli Şuranın mitinqi siyasi məhbusların azad olunması tələbi ilə keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR