Respublika Diaqnostika Mərkəzində media nümayəndələri üçün infotur təşkil edilib

Respublika Diaqnostika Mərkəzində media nümayəndələri üçün infotur təşkil edilib
# 24 sentyabr 2014 13:27 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova-APA. Bu gün Respublika Diaqnostika Mərkəzində (RDM) media nümayəndələri üçün infotur təşkil edilib.

APA-nın məlumatına görə, RDM-in baş həkim əvəzi Ceyla Әhmədxanova bildirib ki, mərkəzdə tibbin bütün sahələri üzrə həm müayinə-diaqnostika, həm də müalicə üçün tam şərait yaradılıb: "Mərkəzin şüa-diaqnostika, oftalmologiya, kardiocərrahiyyə, təcili yardım, intensiv terapiya və reanimasiya kimi şöbələri ən son müasir texniki avadanlıqlarla təmin edilib. Respublikanın bu sahələrdə tanınıb-seçilən yüksək ixtisaslı kadrları da mərkəzdə toplaşıb".

C. Әhmədxanova deyib ki, Azərbaycanda, eləcə də Cənubi Qafqazda ilk dəfə olaraq, RDM-də İSO 15189 beynəlxalq standartına uyğun laboratoriya yaradılıb. Bu sertifikat həm xəstələrə, həm də həkimlərə RDM laboratoriyasında edilmiş analizlərin nəticələrinin dəqiqliyinə tamamilə arxayın olmaq imkanı verir.

Daha sonra KİV nümayəndələri səhhətləri barədə məlumat almaq üçün pulsuz müayinə olmaq imkanı qazanıblar. Jurnalistlər onları narahat edən problemləri ilə bağlı müayinədən keçiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR