Azərbaycanda logistika mərkəzləri və “yaşıl market”lərin yaradılması ilə bağlı İspaniya təcrübəsi öyrənilir

Azərbaycanda logistika mərkəzləri və “yaşıl market”lərin yaradılması ilə bağlı İspaniya təcrübəsi öyrənilir
# 06 noyabr 2014 14:00 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Gələn il Azərbaycanda logistika mərkəzləri və “yaşıl market”lərin yaradılması istiqamətində mühüm işlər görüləcək.

APA-Economics”in məlumatına görə, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib.

Onun sözlərinə görə, məqsəd satış bazarının vəziyyətini tənzimləmək, istehsalçının məhsulunun birbaşa istehlakçıya çatdırılmasına nail olmaqdır. “Bu gün ölkədə satış bazarının vəziyyəti normal deyil. İstehsalçı min bir əziyyətlə satdığı məhsuldan 5% qazanc götürür. Bazarlarda kəndlinin məhsulları əldən-ələ ötürülür və qiymətlər də bahalaşır”, - deyə E. İbrahimov bildirib.

Komitə sədri qeyd edib ki, “Yaşıl market” və logistika mərkəzləri ilə bağlı Avropanın təcrübəsi öyrənilir: “İspaniyada bu təcrübə geniş yayılıb. Əhalisi 300 min nəfərdən çox olan şəhərlərdə logistika mərkəzləri fəaliyyət göstərir. Fermerlər öz məhsullarını münasib qiymətə bura təhvil verirlər. Mərkəzdə məhsul sortlaşdırılır, markalanır, yuyulub-təmizlənir və qablaşdırılır. Hətta məhsul keyfiyyətinə görə bir neçə növə bölünür, mərkəzdə fitosanitar, baytarlıq və gigiyenik nəzarətdən keçən kənd təsərrüfatı məhsulları pərakəndə satış nöqtələrinə paylanır. Burada logistika mərkəzi gördüyü iş və xidmətlərin müqabilində məhsulun üzərinə müəyyən faiz əlavə edir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR